
-
- 23-05-2025, 22:48
- 2 729
Bu simptom bağırsaq probleminə göstərə bilər
“Yeməkdən sonra yuxululuq bağırsaq problemlərindən xəbər verir”.
News24.az xəbər verir ki, bunu kimyaçı Marta Leon deyib.
Leonun qeyd etdiyi kimi, əgər insan yeməkdən sonra yuxululuq hiss edirsə, bu, onun mikroflorasının sağlam olmadığını göstərir. Fakt budur ki, beyin və bağırsaqlar arasında sıx əlaqə var, ona görə də sonuncu düzgün işləmədikdə belə siqnallar göndərə bilir.
Kimyaçının sözlərinə görə, pis gecə yuxusu, tez-tez şişkinlik və tualetə qeyri-müntəzəm səfərlər də mikrofloranın pozulduğunu göstərir. Bu simptomlarla qarşılaşsanız, iltihablı bağırsaq xəstəliyi üçün yoxlanmalısınız./Medianews.az