Vətən müharibəsi şəhidinin atası vəfat etdi

Vətən müharibəsi şəhidinin atası vəfat etdi Sosial

Vətən müharibəsi şəhidi Ziyad Şükürovun atası Vaqif Şükürov dünyasını dəyişib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onun səhhəti gecə saatlarında anidən pisləşib və o vəfat edib.

Qeyd edək ki, Vaqif Şükürov həm də uzun müddət "Kəpəz" Peşəkar Futbol Klubunun şərəfini qoruyan Nadir Şükürovun qardaşıdır.

İmişli rayonunda yaşayan V.Şükürov yaşadığı rayonda dəfn olunub.