"Real Madrid", "Çelsi", "Barcelona" və "Liverpul"un ulduzları AZƏRBAYCANDA - SİYAHI
    • 19-08-2019, 16:06
    • 1 050

"Real Madrid", "Çelsi", "Barcelona" və "Liverpul"un ulduzları AZƏRBAYCANDA - SİYAHI

Sentyabrın 9-da "AVRO-2020"nin seçmə mərhələsinin oyunları keçiriləcək, bu oyunlardan biri isə millimizin iştiraki ilə keçiriləcək. Azərbaycan millisi doğma divarlar arasında Xorvatiya millisini qəbul edəcək. 

News24.az xəbər verir ki, Xorvatiya millisində Real Madriddən: Luka Modriç, Barselonadan: İvan Rakitiç, Beşiktaşdan: Domaqoy Vida, Çelsi: Mateo Kovaçiç, Liverpul: Deyan Lovren oyun çərçivəsində Azərbaycana gələcəklər. 

Ümumi Xorvatiya millisində 23 futbolçudan kənar 6 ehtiyat oyunçu cəlb edilib.

Azərbaycana Xorvatıya millisində qatılan futbolçuların siyahısı: 

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Luton", İngiltərə)
Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Borna Barişiç ("Reyncers", Şotlandiya) Karlo Bartolets ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Rizespor", Türkiyə) Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlasiç (ÇSKA, Rusiya) Hücumçular: İvan Perişiç ("İnter", İtaliya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Berkalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç, Mislav Orsiç ("Dinamo", Zaqreb)