"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi Sosial


Yaponiya avtomobil istehsalçısı "Mazda" Rusiyaya avtomobil tədarükünü bərpa edib.

APA xəbər verir ki, bu barədə “Mazda Motor Rus” MMC-nin mətbuat xidməti "Autonews"a məlumat verib.

Məlumata görə, rəsmi tərəfdaşlar vasitəsilə ölkəyə gətirilən bütün avtomobillərə üç il və ya 100 min kilometr yürüşə qədər zəmanət tətbiq olunur.