Məşhur müğənni sevgilisindən borc alıb, aliment ödədi - VİDEO
    • 19-08-2019, 15:44
    • 829

Məşhur müğənni sevgilisindən borc alıb, aliment ödədi - VİDEO

Türkiyəli müğənni Mustafa Sandalın sevgilisindən ayrılma səbəbi hər kəsi şok edib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, həyat yoldaşı Emina Jahoviçdən boşanan müğənni sevgilisi Melis Sütşurupla da yollarını ayırıb. Buna səbəb isə ifaçının dostuna göndərdiyi mesajı M.Sütşurupun görməsi olub. Sevgilisindən 100 min TL borc alaraq aliment ödəyən Mustafa Sandan yazdığı mesajda "Melis ilə onsuzda tezliklə ayrılacağıq. Ondan borc almışam. Bu məsələniyoluna qoymalıyam" deyə qeyd edib. 

"2.Sayfa" verilişinə qonaq olan Melis Sütşuurp isə ayrılığın pula görə deyil, başqa səbəbdən baş verdiyini deyib. O, açıqlamaq istəmədiyi bir hadisəyə görə M.Sandaldan uzaqlaşdığını açıqlayıb.