-
- 25-09-2018, 16:00
- 4 162
"Keçmiş sevgilini geri qaytarmaq üçün leylək ürəyində yuyunmalısan"- Qəribə cadu və məhkəmə işi
Türkiyədə çox maraqlı bir məhkəmə işi gündəmə gəlib.
News24.az xəbər verir ki, sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşən ədirnəli iş adamı Mustava Kocaovalı öncədən tanış olduğu falçı Leyla Adıyamana dərdini anladıb. Başına bundan sonra gəlməyən qalmayıb desək yeri var.
Leyla Adıyaman iş adamını inandırıb ki, onun sevgilisindən ayrılmasına səbəb cinlərdir və cinləri qovmaq üçün müəyyən prosedurlar həyata keçirilməlidir. "Cinləri uzaqlaşdırmaq üçün qan lazımdır. Dana başını kəsib torpağa basdırmalısdan. Sonra sevgilinin leylək qəlbi ilə yuyunması lazımdır ki, buna görə də 40 min TL tələb olunur" -deyə Leyla iş adamına bildirib. Sonrakı günlərdə iş adamından daha 230 min TL tələb edib.
"Leyla mənim Almaniyada yaşayan qohumumun məni başqası ilə evləndirmək üçün yazdığı cadunu pozmaq üçün 80 min TL, Bolqarıstanda bu işi görə biləcək yaxşı hocaların olduğunu söyləyərək əlavə 20 min TL aldı" deyən şikayətçi məhkəmədə iddia edib ki, falçı qadın özü onunla sevgilisinin arasını vurub, pul almaq üçün bəhanələr yaradıb. "O, eyni zamnada dostum Mustafadan da pul alıb, bu barədə kiməsə desə ölə biləcəyinə inandırıb. Məni də inandırıdı ki, Mustafa meni öldürəcək , buna görə də Mustafa ilə də aramız pozuldu"
Maraqlıdır ki, falçı Leylanın vəkili Kaan Polat müvəkkilinə qarşı irəli sürülən iddiaların real həyat şəraitində mümkünsüz olduğunu isbatlayıb və falçı məhkəmə salonundan azadlığa buraxılıb. Necə bilirsiniz, məhkəməyə də dil ağız bağlama cadusu edib?