Elmar Məmmədyarovun oğlu Amerikada evləndi Gəlin əcnəbidir -FOTOLAR
    • 19-08-2019, 20:54
    • 2 817

Elmar Məmmədyarovun oğlu Amerikada evləndi Gəlin əcnəbidir -FOTOLAR

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub.
News24.az "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub.
Cütlüyün toyu ABŞ-da baş tutub. Nyu-York şəhərində keçirilən mərasim sadəliyi ilə diqqət çəkib.
Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər.
Qeyd edək ki, Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlük rəsmi nikaha ötən ilin yayında daxil olub, ötən gün isə toy ediblər.
Onu da qeyd edək ki, Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-da yaşayır.