Elmar Məmmədyarovun Ermənistanın aqressiv jurnalisti ilə söhbəti - VİDEO
    • 5-04-2019, 11:35
    • 1 279

Elmar Məmmədyarovun Ermənistanın aqressiv jurnalisti ilə söhbəti - VİDEO

Xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldən Moskvaya uçan təyyarədə Ermənistandan olan jurnalistlə Qarabağ münaqişəsi mövzusunda apardığı müzakirənin görüntüləri yayılıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir xarici jurnalistlərdən birinin sualını cavablandırarkən erməni jurnalist aqressiv münasibət sərgiləyərək Azərbaycanı işğalçılıqda və sülhü pozmaqda ittiham edib.

Elmar Məmmədyarov isə “Mənim ölkəmin ərazisi erməni əsgərlər tərəfindən işğal olunub. Siz mənə deyin: Xidmətdə olan Ermənistan vətəndaşı Azərbaycan ərazisində nə edir?!” deyə sual edib.

Azərbaycanlı rəsmi qarşı tərəfdən “Карабаг” sözünün mənasını soruşub. Nazir sualı cavablandıra bilməyən jurnalistə bildirib ki, Qarabağ rus dilinə tərcümədə “Черный сад” deməkdir. 

Məmmədyarov jurnalistə heç bir siyasi məsələdə bu qədər emosional çıxış etməməyi məsləhət görüb.

Daha sonra stüardessa söhbətin davamına imkan verməyib.

Qeyd edək ki, E. Məmmədyarov aprelin 4-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak edib. O, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılacaq.