Ata oğlunu - ÖLDÜRDÜ

Ata oğlunu - ÖLDÜRDÜ Dünya

Antalyada 60 yaşlı Ali T. oğlu, 25 yaşlı Barış T.-ni evinin yaxınlığındakı boş yerə danışmağa çağırıb.

News24.az xəbər verir ki, orada ata-oğul arasında naməlum səbəbdən mübahisə düşüb.

Mübahisə zamanı Ali T. yanında olan bıçaqla oğluna çoxsaylı zərbələr vuraraq hadisə yerini tərk edib.

Ünvana tibbi briqada və polis qrupları sövq edilib.

Yoxlamalar zamanı Barış T.-nin bıçaq xəsarətləri səbəbindən həyatını itirdiyi müəyyən edilib.

Qeyd edək ki, Ali T. isə polis qrupları tərəfindən tutulub.


Günel Məlikzadə


Ata oğlunu - ÖLDÜRDÜ