Bakıda vətəndaş soyunub, "Qaçqınkom"un binasına çıxdı: özünü atmaq istəyir - VİDEO
    • 13-08-2018, 14:27
    • 836

Bakıda vətəndaş soyunub, "Qaçqınkom"un binasına çıxdı: özünü atmaq istəyir - VİDEO

Bakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında hadisə yaşanıb. 
 
Hadisə şahidlərinin göndərdiləri görüntülərdə, orta yaşlı vətəndaş yarıçılpaq halda binanın qəbul şöbəsinin yerləşdiyi korpusuna çıxıb və oradan özünü aşağı atacağını bildirib. Hadisə yerinə FHN-nin xilasedicilərin və çoxlu sayda polis əməkdaşları cəlb edilib. 
 
Qəbul otağında olan və daha sonra binanın axırıncı mərtəbəsinə çıxan şəxs probleminin həllini tələb edir. 
 
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik. Ətraflı məlumat veriləcək. 



// Azxebercom