19 yaşlı TikToker öldü

19 yaşlı TikToker öldü Dünya

TikTok-da 100 mindən çox izləyicisi olan 19 yaşlı Anna Qreys Felan vəfat edib.

News24.az xəbər verir ki, Felanın ailəsi kədərli xəbəri gənc qızın "TikTok" hesabından açıqlayıb. 

Açıqlamaya görə, gənc qız beyin xərçəngindən həyatını itirib.

Qeyd edək ki, ABŞ-ın Florida ştatında anadan olan Anna Qreys Felan orta təhsilini Corciyada bitirib. Tibb mərkəzində resepsiyonist kimi çalışan fenomen 2024-cü ildə kollecə başlamazdan bir neçə gün əvvəl müxtəlif sağlamlıq problemləri yaşamağa başlayıb. Beyin xərçənginin dördüncü mərhələsində olduğunu öyrənən Felanaya bədxassəli şiş diaqnozu qoyulyub.

Günel Məlikzadə

19 yaşlı TikToker öldü