Mədəsindən çıxanlar - təəccübləndirdi
Hadisə
Əskişəhərdə 9 yaşlı uşağın mədəsindən çıxanlar həkimləri təəccübləndirib.
News24.az xəbər verir ki, uşağın ailəsi mədə ağrısı, ürəkbulanma və iştahsızlıq şikayətləri ilə onu xəstəxanaya aparıblar.
Xəstəxanada aparılan endoskopik və rentgenoloji müayinədə azyaşlının mədəsində böyük bir kütlə görülüb.
Nəticədə, əməliyyat olunan uşağın mədəsindən iri tük yumrusu çıxarılıb.
Günel Məlikzadə