Əfv mərasimində gözlənilməz hadisə: Hinduşka Trampdan qaçdı - VİDEO

Əfv mərasimində gözlənilməz hadisə: Hinduşka Trampdan qaçdı - VİDEO Dünya

ABŞ prezidenti Donald Trampın Şükranlıq Günü münasibətilə təşkil etdiyi ənənəvi əfv mərasimi zamanı hinduşkalardan biri qaçıb.

News24.az xəbər verir ki, bu il noyabrın 26-da qeyd olunacaq Şükranlıq Günü münasibətilə iki hinduşka əfv üçün seçilib.

Onlara “Freedom” (Azadlıq) və “Feathers” (Lələklər) adları verilib.

Mərasim zamanı Trampın qarşısına iki quş əvəzinə yalnız biri gətirilib. Bunu görən ABŞ prezidenti iştirakçılardan soruşub:

“Bu, “Freedom”-dur. Bəs “Feathers”-ə nə olub?”

Ona ikinci hinduşkanın Ağ Evin həyətindəki kolluqda gizləndiyini bildiriblər.

“Feathers" kolluğa qaçıb. Düşünürəm ki, onu da əfv edəcəyik. “Freedom”, sadəcə demək istəyirəm ki, bu andan etibarən sən və “Feathers” tamamilə əfv olunursunuz. Təbrik edirəm”, – Tramp bildirib.

Qeyd edək ki, Şükranlıq Günü ABŞ-nin əsas milli bayramı hesab olunur. Hinduşkaların simvolik əfv mərasimini ilk dəfə 1863-cü ildə prezident Avraam Linkoln keçirib.

Bu mərasim 1947-ci ildən, ABŞ-nin 33-cü prezidenti Harri Trumenin də həmin ənənəni davam etdirməsindən sonra hər il təşkil olunur. Hinduşkaların adları isə ictimai səsvermə yolu ilə seçilir.