Həyətdəki ağacdan özünü asaraq intihar etdi Sabirabadda
    • 20-08-2019, 00:58
    • 1 579

Həyətdəki ağacdan özünü asaraq intihar etdi Sabirabadda

Sabirabad sakini intihar edib.
News24.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Kürkəndi kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini, 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu həyətdəki ağacdan özünü asaraq intihar edib.
Onun asılı qalan meyiti yaxınları tərəfindən aşkarlanıb.
Hadisə ilə bağlı məlumat verilən kimi hüquq-mühafizə orqanları deyilən ünvana gəlib.
Əraziyə baxış keçirilib. Sonra meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.