Bu məktəblərə qəbul imtahanı LƏĞV OLUNDU: - Valideynlər ayağa qalxdı - RTV

Bu məktəblərə qəbul imtahanı LƏĞV OLUNDU: - Valideynlər ayağa qalxdı - RTV Gündəm

Mayın 27-də bir qrup valideyn Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıb. 

"News24.az" xəbər verir ki, onlar lisey və gimnaziyaların 5 və 6-cı siniflərinə mərkəzləşmiş qaydada qəbul imtahanının ləğvinə etiraz ediblər.

Qeyd edək ki, dünən Təhsil İnstitutu lisey və gimnaziyanın ancaq 7-ci sinfinə şagird qəbulu elan edib. Bu da valideynlər arasında ciddi narazılıq yaradıb. 

Valideynlər 1 il ərzində övladlarının ciddi şəkildə 5 və 6-cı siniflərə mərkəzləşmiş qaydada qəbul imtahanına hazırlaşdığını, bunun üçün böyük məbləğdə vəsait sərf etdiklərini, hər ay 12-15 manat müqabilində sınaq imtahanları keçirildiyini bildiriblər. 

Ətraflı RTV-nin sujetində: