Azərbaycanda AĞIR QƏZA: Ölən var
    • 28-05-2025, 11:32
    • 308

Azərbaycanda AĞIR QƏZA: Ölən var

İsmayıllıda avtomobil qəzası baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, mayın 28-də saat 04 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun təmir gedən hissəsində dayanan ağır tonnajlı texnikaya çırpılıb.

Nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.