59 yaşlı kişini maşın vurdu
    • 28-05-2025, 12:45
    • 223

59 yaşlı kişini maşın vurdu

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oktay Məmmədovu vurub.

Piyada ağır vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Ağstafa rayon mərkəzi xəstəxanasına çatırılıb. Onun vəziyyəti ağır olduğundan Qazax rayon mərkəzi xəstəxanasına hospitalizasiya edilib.

Faktla bağlı araşdırma aparılır.