"Yersiz və məsuliyyətsiz hərəkət idi" - Abel Məhərrəmovdan sərt reaksiya
Gündəm
“Liatris” Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın müəllifi olduğu "Qaranlıqda həqiqət" verilişinin növbəti qonağı kimyaçı alim Abel Məhərrəmov olub.
News24.az xəbər verir ki, veriliş zamanı Abel Məhərrəmov İmişlidə 9 May – Qələbə Günü münasibətilə keçirilən tədbirdə SSRİ bayrağının qaldırılması ilə bağlı mövqeyini bildirib.
“Hadisəni çox mənfi qiymətləndirirəm. Bu, həm yersiz, həm də məsuliyyətsiz bir hərəkət olub. Bunu anlayaraq, ya da anlamayaraq etdiklərini bilmirəm, amma Azərbaycanda rus ideologiyasını önə çəkmək qətiyyən doğru deyil”, – deyə alim qeyd edib.
Davamı videoda:
Günel Məlikzadə