Dostu 6 bıçaq zərbəsi vurdu - Azərbaycanda DƏHŞƏT!

Dostu 6 bıçaq zərbəsi vurdu - Azərbaycanda DƏHŞƏT! Hadisə

Xəbər verdiyimiz kimi, Xəzər Universitetinin Neftçilər metrostansiyası yaxınlığında yerləşən binasında tələbələr arasında qarşıdurma baş verib. Belə ki, 2005-ci il təvəllüdlü Məhəmməd Vəlizadə bıçaqlanıb. 

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə iki yaxın dost arasında baş verib. Məhəmmədi bıçaqlayan şəxslə aralarında çox sıx dostluq münasibəti olub. 

Adı məlum olmayan şəxs Məhəmməd Vəlizadə 6 bıçaq zərbəsi ilə xəsarət yetirib.

Onu da qeyd edək ki, yaralı Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub və vəziyyəti ağırdır.

Günel Məlikzadə