Avtobuslarda kondisionerlər BU TARİXDƏN qoşulacaq

Avtobuslarda kondisionerlər BU TARİXDƏN qoşulacaq Sosial

“Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobuslarda kondisionerlərin qoşulmasını iyulun 2-dən təmin edəcək.

Şirkətdən News24.az-a bildirilib ki, avtobusların havalandırma və havasərinlətmə sistemləri yay mövsümünə hazırdır.

“Kondisionerlərin qoşulması proqnozlaşdırılan hava şəraitinə uyğun olaraq 15 iyun tarixindən nəzərdə tutulmuşdu.

Lakin sərnişinlərin rahatlığı nəzərə alınaraq bu tarix iyunun 2-nə keçirilib, artıq texniki yoxlama mərhələsi başa çatıb və üzümüzə gələn həftənin ilk günündən avtobuslarda kondisionerlər hər il olduğu kimi qoşulacaq”, - məlumatda qeyd olunub.