Dəhşətli qəzada ölən və yaralananlar polis əməkdaşları olub
Dünya
Mayın 30-na keçən gecə Moskva Dairəvi yolunun 97-ci kilometrliyində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir polis əməkdaşı həyatını itirib.
TASS-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşıyan avtomobil yük maşını ilə toqquşub və zərbədən sonra alışaraq yanıb.
Hadisə Yaroslavl şossesi ilə kəsişməyə yaxın ərazidə qeydə alınıb. Qəzadan sonra yolun hərəkəti qismən dayandırılsa da, səhər saat 04:30 radələrində tam bərpa olunub. Hadisə ilə bağlı araşdırma aparılır.
Aqil