"Genetik tədqiqatlara görə, ruslar və ukraynalılar bir xalqdır" - Putin

"Genetik tədqiqatlara görə, ruslar və ukraynalılar bir xalqdır" - Putin Dünya

“Biz indi də danışıqlara və bu ağır, mürəkkəb vəziyyətdən çıxış yolu tapmağa hazırıq. Çünki ukraynalılar bizim üçün çox yaxın xalqdır”.

News24.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bildirib.

“Daha nə deyə bilərik? Son genetik tədqiqatlar göstərir ki, əslində ruslar və ukraynalılar bir xalqdır. Əgər kimsə başqa cür düşünmək istəyirsə, buyursun, biz bunu qəbul edirik. Bununla belə, hər şey barədə razılığa gəlmək mümkündür”, — deyə Vladimir Putin qeyd edib.