Bu şəxslərə diqqətlə baxın!

Bu şəxslərə diqqətlə baxın! Sosial


Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələrini açıqlayıb.

İmtahan nəticələrinə görə, ən yüksək balı 3 nəfər toplayıb.

Onlardan ikisi Aydan Süleymanova və Nicat Əliyevdir.

Aydan Süleymanova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir.

İmtahanda 95,5 bal toplayan A.Süleymanova UNEC-də Maliyyə ixtisası üzrə beynəlxalq iqtisad məktəbi fakültəsində bakalavr təhsili alır.

Nicat Əliyev isə Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır. O da mümkün 100 baldan 95.5 bal toplayıb./Oxu.az