Gəncədə 45 yaşlı kişini maşın vurdu

Gəncədə 45 yaşlı kişini maşın vurdu Hadisə


Gəncədə 45 yaşlı kişini avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü N.Ələsgərovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya çatırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.