Qarışqalar 14 saat ərzində yox olur: - evdə istifadə edə biləcəyiniz ASAN ÜSUL
Gündəm
Evdə qarışqalardan təbii yolla xilas olmaq istəyirsinizsə, banan qabığı və bor turşusunun birləşməsi effektli üsul hesab olunur.
News24.az xəbər verir ki, yetişmiş banan qabığı kiçik parçalara kəsilir və 1 litr isti suya 2 çay qaşığı bor turşusu əlavə edilən məhlulda 24 saat saxlanılır. Sonra bu parçalar qarışqaların cəmləşdiyi nöqtələrə yerləşdirilir.
Bananın qoxusu qarışqaları cəlb edir, bor turşusu isə onların koloniyasını zəiflədərək mübarizədə təsirli nəticə verir. Bu üsul yalnız zərərvericilərə qarşı deyil, həm də torpağın tərkibini zənginləşdirir. Kalium və bor torpaq və bitkilər üçün dəyərli elementlərdir.
Təxminən 2 həftədən bir yenilənməlidir.
Aqil