Hazırda çox mühüm addımlar atılır - Fidan

Hazırda çox mühüm addımlar atılır - Fidan Gündəm

İstanbulda keçirilən danışıqların birinci raundunda Rusiya və Ukrayna mühüm addımlar atıb. 

News24.az "TASS"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ikinci raund başlamazdan əvvəl salamlama nitqində deyib.

Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, Moskva və Kiyev nümayəndələri arasında ilk görüş zamanı çox vacib addımlar atılıb.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb. Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti bundan əvvəl münaqişənin həllinə dair memorandumun Ukrayna variantını alıb.

Aqil