Qadın məktəbin qarşısında güllələndi - — ANBAAN VİDEO
Hadisə
Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda Hakan M. keçmiş nişanlısı Asel Y. ilə küçədə qarşılaşdıqdan sonra ibtidai məktəbin qarşısında tapança ilə ayağından atəş açıb.
News24.az Oxu24.com-a istinadla xəbər verir ki, hadisə anı təhlükəsizlik kamerasına düşüb.Yaralı qadına ilk yardımı məktəbin qarşısında gözləyən qadın valideynlər edib.
Hadisə saat 12:30 radələrində Cuma məhəlləsində, Atatürk bulvarında, İshakpaşa İbtidai məktəbinin qarşısında baş verib.
Küçədə qarşılaşdığı Hakan M. ilə keçmiş nişanlısı Asel Y. arasında mübahisə düşüb.
Mübahisə böyüyərkən Hakan M. silahla Asel Y.-yə atəş açıb. Sağ ayağına dəyən güllədən sonra qan içində qalan Asel Y. yerə yıxılıb, Hakan M. isə qaçıb.