Türkiyə təyyarəsi qəzaya uğradı

Türkiyə təyyarəsi qəzaya uğradı Hadisə

Bursada hava limanından təlim uçuşu üçün havaya qalxan qadın pilot D.K.-nın idarə etdiyi təyyarə səmada sıradan çıxıb. 

News24.az xəbər verir ki, tarlaya məcburi eniş edən təyyarə qəzaya uğrayıb. Bölgəyə jandarma və sağlamlıq briqadası sövq edilib. 

İlk yardımdan sonra yaralı D.K. xəstəxanaya aparılaraq müalicə altına alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, qadın pilotun vəziyyətinin yaxşı olduğu bildirilib.

Günel Məlikzadə


Türkiyə təyyarəsi qəzaya uğradı