"Cin çıxartmaq" istədi: - Uşağını öldürdü
Dünya
ABŞ-də 6 yaşlı bir uşağın "cin çıxarma" zamanı öldüyü və ananın isə qətldə ittiham olunduğu iddia edilib.
Ra’myl Pierre adlı oğlan Floridadakı evində ölü tapılıb.
News24.az ABC News-a istinadən xəbər verir ki, uşaq iki həftədən çox məktəbə gəlmədikdə səlahiyyətlilər onun evinə gedib və cəsədini aşkar ediblər.
Qətldə ittiham olunan ana oğlunun ölümü ilə bağlı bunları deyib:
"Allah oğlumun bədənindən cinləri qovmağı əmr etdi. Oğlum hərəkətsiz qaldı və öldü. Bu zaman onun cinlərdən təmizləndiyini hiss etdim və onun geri dönməsini gözlədim".
Günel Məlikzadə