Fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi

Fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi Dünya

Rusiya prezidenti Vladimir Putin fövqəladə hallar nazirinin müavini İlya Denisovu vəzifəsindən azad edib.

News24.az xəbər verir ki, imzalanmış fərman hüquqi aktların rəsmi portalında dərc olunub.

Denisov mülki müdafiə orqanlarında xidmətə 1995-ci ildə başlayıb. O, hərbi yanğından mühafizə dəstəsinin rəisi vəzifəsindən Rusiya Fövqəladə Hallar Nazirliyinin nazir müavini vəzifəsinə qədər yüksəlib . 2015-2019-cu illərdə Rusiya Fövqəladə Hallar Nazirliyinin  Moskva üzrə Baş İdarəsinə rəhbərlik edib .

Denisov 2019-cu il iyulun 3-dən mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini vəzifəsində çalışır. Bu vəzifədə o, yanğın-xilasetmə bölmələrinin işinə, kadr siyasətinə, nazirliyin ideoloji işinə nəzarət edib.

Aqil