Siqaret və içki məhsulları - BAHALAŞACAQ

Siqaret və içki məhsulları - BAHALAŞACAQ İqtisadiyyat

Vergi eksperti Ozan Bingöl iyul ayında yanacaq, alkoqollu içkilər və tütün məmulatlarında avtomatik vergi (ÖTV) artımının gözlənildiyini bildirib. 

News24.az bildirir ki, artımın iyun ayı üzrə Yerli İstehsalçı Qiymət İndeksi (ÜFE) nəticələrinə əsasən hesablanacağı qeyd olunub.

Əgər ÜFE iyun ayında 1% olarsa, benzinə 2,2 TL, dizelə 1,89 TL, LPG-yə isə 1,55 TL artım gözlənilir. Eyni faizlə spirtli içkilər və tütün məhsullarında da sabit ÖTV 14,05% artacaq. Bu halda, məsələn, bir litr rakının ÖTV-si 191,88 TL yüksələcək.

Qeyd edək ki, artım yalnız Prezident fərqli qərar verməzsə və Rəsmi Qəzetdə dərc olunarsa, 3 iyul 2025-ci ildən qüvvəyə minəcək.