Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

Yeni tunelin inşası başa çatana qədər avtomobil  sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Teglər: Azərbaycan Dəmir Yolları QSC Hərəkət Dayandırılacaq Azərbaycan
Kotanli