Bakı-Sabunçu qatarından istifadə edənlərin NƏZƏRİNƏ
    • 23-08-2019, 10:00
    • 812

Bakı-Sabunçu qatarından istifadə edənlərin NƏZƏRİNƏ

26 avqust 2019-cu ildən 15 sentyabr 2019-cu ilədək  Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.

Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.