"Zirə" onu "Qarabağ"a qaytardı
İdman
“Zirə” Rüstəm Əhmədzadəylə yollarını ayırıb.
News24.az xəbər verir ki, “Qarabağ”dan icarəyə götürülmüş futbolçuyla müqavilə uzadılmayıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü son 3 mövsümü icarə əsasında “qartallar”ın heyətində keçirib. Rüstəm Əhmədzadə bu müddətdə 96 oyunda meydana çıxıb, 8 qol vurub və eyni sayda assist edib./Publika.az