Tufana düşən təyyarə təcili eniş etdi: - 9 nəfər...

Tufana düşən təyyarə təcili eniş etdi: - 9 nəfər... Hadisə

Münhendən Milana uçan təyyarədə fövqəladə hadisə baş verib.

News24.az "Reuters"ə istinadən xəbər verir ki, uçuş zamanı təyyarə tufana düşüb və güclü turbulentlik yaşanıb. Bu səbəbdən də pilotlar Memmingendə təcili eniş etməli olublar.

Güclü silkələnmə nəticəsində 9 nəfər xəsarət alıb. Qadın kəllə-beyin travması, iki yaşlı uşağı isə göyərmə xəsarətləri alıb. 59 yaşlı sərnişinin isə beli əzilib. Onlar xəstəxanaya aparılıb. Digər zərərçəkənlərə yerindəcə tibbi yardım göstərilib.

Qeyd olunur ki, yerli aviasiya orqanları növbəti uçuşlara icazə vermədiyi üçün reysin sərnişinlərinə İtaliya şəhərinə avtobusla transfer təmin olunacaq./Publika.az