-
- 22-08-2019, 01:38
- 849
Xəstəliklər beş səbəbdən- genetika, soyuqdəymə, infeksiya, qeyri-düzgün həyat tərzi və stressdən yaranır
Tez-tez işlənən bir ifadə var: “Hər kəs özünün həkimi olmalıdır”. Əslində bunu hər kəsin özünə resept yazması və özünə iynə vurması kimi başa düşmək lazım deyil. Söhbət hər kəsin öz sağlamlığının keşiyində durmasından, nəyin ona düşərli və nəyin zərərli olduğunu anlamasından gedir.
Uzun illərin təcrübəsi göstərir ki, xəstəliklər əsasən beş səbəbdən - genetika, soyuqdəymə, infeksiya, qeyri-düzgün həyat tərzi və stresslərdən əmələ gəlir. Əslində sağlam həyat tərzinin tələblərinə əməl etmək o qədər də çətin deyil: yağlı-duzlu qidalardan uzaq olmaq, çox yeməmək, meyvə və tərəvəzlərdən gen-bol istifadə, çoxlu fiziki hərəkətlər etmək, vaxtında və normal yatmaq...
Bir sıra hallarda xəstələr xalq təbabəti və qeyri-ənənəvi üsullardan xəbərsiz olduqlarına görə cərrah bıçağı altına düşür və müasir təbabətin elə metodlarından istifadə etmək məcburiyyətində qalırlar ki, həyata qayıtmaq, şəfa tapmaq mümkün olsa da, onun heç də ziyansız ötüşəcəyinə təminat vermək olmur. Həm də elə xəstəliklər və onlardan qurtulmağın elə sadə üsulları var ki, ya ondan xəbərsizik, ya da ona əməl etmək ağla gəlmir. Məsələn, ayaqlarında göbələk xəstəliyi olanların çoxu səhər tezdən şehli çəmənlikdə gəzməklə xəstəlikdən birdəfəlik yaxa qurtarmağın mümkünlüyünü bilmirlər. Babasil xəstəliyindən xilas olmaq üçün qədim təbiblər bir sıra üsullardan istifadə edirdilər. Onlardan biri də çilədağın kökünü yığıb əzdikdən sonra onu qoyun quyruğu ilə birlikdə ağrılı nahiyəyə qoymaqdan ibarətdir. Bir neçə dəfə həmin prosedura əməl edəndən sonra babasildən əsər-əlamət qalmır. Yaxud gülxətmi dəmləyib içməyin orqanizmdə, xüsusilə baş, boğaz və burun nahiyələrində olan çirki təmizlədiyindən heç də hamı xəbərdar deyil. Qədim təbabət biliciləri söyləyirlər ki, oynaq ağrılarının qarşısının alınmasının ən yaxşı məlhəmi təzə çinar yarpaqlarının ağrılı nahiyəyə qoyulmasıdır.
Sağlam həyat tərzi yaşamaq, normal və düzgün qidalanmaq, təbii üsullara üstünlük vermək insan həyatını cərrah bıçağından asılı vəziyyətə salmır. Təəssüf ki, bəzən xəstəxana çarpayısına gedib çıxanda, son ümidi skalpelə bağlayanda isə artıq gec olur.
“Hər dərdin dərmanı var,” - deyirlər. Özü də təkcə xəstəxana və klinikalarda, həkim əllərində, iynə və kimyəvi dərmanlarda yox...