Fahriyə Evcen ekrana qayıdır
Şou
Türkiyəli aktrisa Fahriyə Evcen uzun fasilədən sonra nəhayət ekrana qayıdır.
News24.az publika.az-a istinadən xəbər verir ki, aktrisanın yeni layihəsi də bəlli olub.
Fahriyenin "Afet Bambaşka biri" adlı serialda rol alacağı bildirilir.
"Kanal D" kanalında yayımlanacaq serialda aktrisanın tərəf müqabilinin kim olacağı isə hələlik bilinmir.
Qeyd edək ki, aktyor Burak Özçivitlə evli olan Fahriye Evcen ana olduqdan sonra ekranlarda görünmürdü.