Yaşam Məktəbinin direktoru Samir Həsənovdan Elşad Miriyə - TƏHQİRAMİZ CAVAB
Gündəm
Bir neçə gün öncə Məkkədəki natəmizliklə bağlı paylaşımı ilə gündəmə gələn ilahiyyatçı Elşad Miri sosial media hesabında müsəlman zəvvarların təmizliyindən bəhs edən bir video və status paylaşaraq, onların nümunəvi davranışını təqdir edib.
News24.az-ın xəbərinə görə, bu paylaşım AFFF Parkdakı özəl Yaşam Məktəbinin direktoru Samir Həsənovun qeyri-etik və təhqiramiz şərhi ilə qarşılanıb.
Samir Həsənov paylaşımda belə yazıb:
“Tualetləri də çəksəydiz zəvvarların ****** fikrinizi və haqlılığınızı isbatlamaq üçün tam olardı”, - kimi ifadələr işlədərək geniş kütlənin qınağına səbəb olub.
Elşad Miri isə cavabında direktora müraciətlə bildirib:
“Ümid edirəm ki, direktoru olduğunuz məktəbdə şagirdlər bayıra icazə istəyəndə burda yazdığınız ifadələri işlətmələrini istəmirsiniz".
Sosial şəbəkələrdə bu cavab məktəb direktoruna yaraşmayan davranış kimi qiymətləndirilib və bir çox istifadəçi valideynlərin bu cür münasibətdən narahatlıq keçirməli olduğunu bildirib.
Qeyd edək ki, daha sonra S.Həsənov şərhindəki qeyri-etik ifadəyə görə üzr istəyib və onu redaktə edib.
Aqil Qarayev