-
- 13-08-2018, 22:30
- 2 615
Adnan Oktar mafiyasının rəzalətləri: Azyaşlı uşaqları təqib ediblər, 15 yaşına çatanda isə…
Adnan Oktarın cinayətkar qrupu ilə bağlı qalmaqallı gerçəklər üzə çıxmaqda davam edir.
Cinayətkar dəstənin aktyorluq agentlikləri üzərindən təşkilata əməkdaş qazandırdığı üzə çıxıb. Reklam üzü olması üçün agentliklərə yazdırılan uşaqların da cinayətkar dəstə tərəfindən təqib edildiyi, 15 yaşına çatan kimi onlarla əlaqə yaradılaraq, dəstəyə dəvət edildikləri iddialar sırasındadır. Bundan başqa, "kedicik" adlandırılan qadınların bəzilərinin də escort saytlarından tapıldığı, qadınların bu dəstəyə düşəndən sonra onların varlı kişiləri də dəstəyə dəvət etdikləri üzə çıxıb.
Cinayətkar dəstə turnike sistemi üzərindən cəlb etdikləri qadınları cast və aktyorluq agentliklərinə sızdıraraq, zövqlərinə uyğun qadın və kişilərdən ibarət kataloq hazırlayıblar. A.Oktara aid olan A9 telekanalında canlı yayıma çıxarılan, davamlı olaraq müxtəlif rakurslardan çəkiliş edilərək, bədənlərinin hər hissəsi nümayiş etidirlən qadınlardan bəzilərinin də escort saytlarından tapılıb təşkilata cəlb olunduğunu üzə çıxıb. Onlara təşkilat tərəfindən verilən tapşırıq varlı kişiləri təşkilata cəlb etmələri olub.
Reklam və aktyorluq agentliklərində qeydiyyata düşən gənc qadın və kişiləri təqib edən cinayətkar dəstə üzvləri qeydiyyat sənədlərini yığaraq, Adnan Oktara təqdim edirdi. Bundan başqa, A.Oktarın tapşırığı ilə onun yaxın adamları yalançı aktyorluq agentlikləri yaradıblar.
//müsavat.com