Moskva hava limanlarının fəaliyyəti bərpa olundu

Moskva hava limanlarının fəaliyyəti bərpa olundu Dünya


Moskva hava limanlarında təyyarələrin gəlişi və yola salınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Lent.az xəbər verir ki, bunu Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako bildirib.

Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski yenidən təyyarələri qəbul edib göndərir.

Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edildiyi bildirilir.

Kaluqa və Tambov hava limanları isə hələ də təyyarələri qəbul etmir.