Bu peşə sahibləri depressiyaya - MEYiLLİDİRLƏR

Bu peşə sahibləri depressiyaya - MEYiLLİDİRLƏR Sağlamlıq

2015-2019-cu illər arasında ABŞ-ın 37 ştatında 536 mindən çox işçi ilə aparılan araşdırma, peşələr və depressiya diaqnozu arasındakı əlaqəni araşdırıb. İştirakçıların 80 min nəfəri həyatlarının bir mərhələsində onlara depressiya diaqnozu qoyulduğunu bildirib. Həmçinin qadınların kişilərlə müqayisədə depressiyadan iki dəfə çox əziyyət çəkdiyi müəyyən edilib.

News24.az xəbər verir ki, sektorlar üzrə qiymətləndirildikdə, ictimai və sosial xidmətlərdə çalışanların 20,5 faizinin həyatında ən az bir dəfə depressiya diaqnozu qoyulduğu müəyyən edilib. Qida sənayesi işçiləri 20,1 faizlə ikinci olub.

Depressiya səviyyəsi yüksək olan digər peşə qrupları aşağıdakı kimi sıralanıb:

İncəsənət, əyləncə, idman və media: 18,6 faiz

Yerləşdirmə, qida və içki xidmətləri: 18,4 faiz

Səhiyyə və sosial yardım: 18,2 faiz

Pərakəndə ticarət: 17,7 faiz

Hüquq, təhsil və kitabxana xidmətləri: 16,1 faiz

Depressiyanın ən aşağı olduğu sektorlar mədənçıxarma (6,7 faiz), tikinti (8,9 faiz), kənd təsərrüfatı və maşınqayırma (9 faiz) olub. Bununla belə, tədqiqatçılar bu aşağı dərəcələrin yanıltıcı ola biləcəyini iddia edirlər. Bunun səbəbləri kənd yerlərində psixi sağlamlıq xidmətlərinə çıxışın məhdud olması və kişi işçilərin kömək istəməkdən çəkinməsi kimi amillərdir.


Günel Məlikzadə