Məktəbə bıçaqlı hücum: - Şagirdlər...

Məktəbə bıçaqlı hücum: - Şagirdlər... Dünya

Finlandiyanda məktəblərin birində 16 yaşlı şagird digər şagirdlərə bıçaqla hücum edib.i məktəbə edilən bıçaqlı

News24.az xəbər verir ki, hücum nəticəsində 3 nəfər yaralanıb.

Hadisə barədə həyəcan siqnalı aldıqdan sonra polis dərhal əraziyə gələrək şübhəlini saxlayıb.

Onu da qeyd edək ki, xəsarət alanların ölüm təhlükəsinin olmadığı da bildirilib.

Yerel media şübhəlinin həbs olunmazdan əvvəl verdiyi ifadəyə istinadən bildirib ki, o, hücumu altı ay əvvəl planlaşdırıb və məktəbdəki qızları bıçaqlamağı məqsəd qoyubmuş.

Günel Məlikzadə