-
- 22-08-2019, 17:03
- 1 022
Qazaxda raket TAPILDI
2019-cu il 22 Avqust tarixində saat 11:06-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan News24.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 40 mm-lik PQ-7L raketi aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınib.
Raketin ətrafında 600 kv məraziyə yerüstü, 200 kv.məraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 22 avqust 2019-cu il tarixlərində 159 siqnal (əməliyyat çağırışı) əsasında 135 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 10 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş,1 689 ədəd partlamamış hərbi sursat (PHS), 18 630 ədəd müxtəlif çaplı patron,11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə minavə 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilmiş, 133 215 kv.m ərazi yerüstü və9 557 kv.mərazi yeraltı yoxlanılmışdır.