-
- 14-05-2020, 22:50
- 885
Aşkar olunmuş top mərmiləri ZƏRƏRSİZLƏŞDİRİLDİ - FOTO
Mayın 14-də Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Köhnə Qışlaq və Yaradulla kəndləri ərazisində mərmilərin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan News24.az -a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə həmin kəndlərin ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən Köhnə Qışlaq kəndi ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 8 ədəd müxtəlif çaplı top mərmiləri, Yaradulla kəndi ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə 1 ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 130 mm-lik top mərmisi (PBR-482) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 750 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.