Dünyada 6 ölümdən biri xərçəngə görədir - QORXUNC STATİSTİKA
    • 22-08-2019, 17:11
    • 973

Dünyada 6 ölümdən biri xərçəngə görədir - QORXUNC STATİSTİKA

Xərçəngdən ölənlərin sayının qorxunc statistikası açıqlanıb. 

News24.az TASS-a istinadən xəbər verir ki, dünya üzrə aparılan araşdırma nəticəsində ölən hər 6 nəfərdən biri məhz bu xəstəliyə görə dünyasını dəyişir. 

Dünya Səhiyyə Təşkilatının 2018-ci ilə olan göstəricilərinə görə xərçəng bir il ərzində 9,6 milyon insanın həyatına son qoyub. 2010-cu il üçün sözügedən xəstəliyin iqtisadiyyata vurduğu zərər 1,6 trilyon dollar dəyərindədir. Bu hələ də artmaqda davam edir.