-
- 4-02-2020, 12:19
- 1 012
Azərbaycanda onkoloji xəstələrin sayı artır - NAZİRLİK
"Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır".
News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin 4 fevral - Dünya Xərçəngə Qarşı Mübarizə Günü ilə əlaqədar yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, əgər 2017-ci ildə ölkədə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Lakin bununla yanaşı, hazırda Azərbaycanda yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var.
Məlumata əsasən, xərçəng xəstəliklərinin yaranma səbəblərini hələ ki, müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsünün tərkibində olan kansoregen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.
Qeyd edək ki, 2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü "Mən varam və olacağam" şüarı altında keçirilir.