Şəmkirdə ağır qəza: - 4 nəfər yaralandı

Şəmkirdə ağır qəza: - 4 nəfər yaralandı Hadisə
Şəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

VAZ markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 2004-cü il təvəllüdlü Kamran Abbasov, 2003-cü il təvəllüdlü İmran Qasımov, 2005-ci il təvəllüdlü Elmir Həsənov və 2001-ci il təvəllüdlü İsa Əmirxanov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.