Sürücülərə xəbərdarlıq: BU YOLLARDA EHTİYATLI OLUN
    • 23-08-2019, 16:09
    • 647

Sürücülərə xəbərdarlıq: BU YOLLARDA EHTİYATLI OLUN

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov bağının ətrafı, Səid Rüstəmov və Əhməd Cavad küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Agentlikdən News24.az-a verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.