Sürücülərin NƏZƏRİNƏ - Bu yollarda diqqətli olun
    • 8-10-2019, 11:07
    • 705

Sürücülərin NƏZƏRİNƏ - Bu yollarda diqqətli olun

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Xətai rayonu, Səmədbəy Mehmandarov və Yasamal rayonu, Şəfayət Mehdiyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

News24.az xəbər verir ki, bu barədə AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.