"Brent" bahalaşdı
    • 17-06-2025, 09:35
    • 1 317

"Brent" bahalaşdı


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0,71% artaraq 1 barelə görə 73,75 ABŞ dolları təşkil edib.

News24.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,77% artaraq 70,79 ABŞ dollarına bərabər olub.